Xəzəri ən çox çirkləndirən ərazi Novxanıdır... Biz bir media olaraq öz fantaziyamıza deyil, dövlət qurumlarının rəsmi məlumatlarına əsaslanıb məqalələr yazırıq. Bəli, rəsmi məlumatlardan bəlli olur ki, Xəzər dənizinin çirklənməsində ən çox “payı” olan ərazi Novxanı ərazisidir. Novxanı qəsəbəsində yerləşən ictimai-iaşə müəssisələri, restoranlar, kafelər, istirahət kompleksləri ilin bütün günü, gecə-gündüz Xəzər dənizinə tullantılar, zir-zibil axıdırlar. Belə obyektlərdən biri də Sumqayıt şəhəri, Sumqayıt Novxanı yolu, dənizkənarı sahə ünvanında yerləşən... fiziki şəxs Kılıç Mehriban Cahan qızına məxsus “LİMAN” restoranınıdır. Dövlət qurumlarının apardığı yoxlamalar zamanı bəlli oldub ki, müəssisədə mal qonşuluğu prinsipinə riayət edilmir. Yəni ət, toyuq, balıq, qiymə, soğan, qatıq, kartof, kök, sarımsaq eyni soyuducu anbarda saxlanılır. “LİMAN” restoranında aparılmış yoxlama zamanı məlum olub ki, ictimai iaşə müəssisəsində istehsal olunan “Azərbaycan” çörəyinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı mövcud deyil. O da məlum olub ki, “LİMAN” restoranında, ümumiyyətlə, laboratoriya analizləri yoxdur. Və müəssisənin laboratoriyası olmaması bir yana, hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqavilə bağlanmayıb. Ümumiyyətlə, restoranın verdiyi lülə-tikə kabablar laboratoriyada analiz olunsa, hansı bağırsaq qurdlarının çıxacağı məlum deyil. Bütün bunlar bir yana. Biz bu problemlərdən bəhs edəndə həmişə Ulu Öndərin məşhur fikirlərinə istihad edirik: “Ağacları kəsib yerini baqqalxanaya çevirənlər bu ölkəyə xəyanət ediblər. O ağacları bərpa etmək indi çox çətindir. Hesab edin ki, o ağacları kəsənlər mənim balalarımın başını kəsiblər. Onlar haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidir. Orada gəlib baqqal dükanı salanlar, xüsusi mülklər tikənlər var, onların hamısını dağıtmaq, qovmaq, uçurtmaq lazımdır..” Bəli, Ulu Öndər ağacları kəsib yerində baqqal dükanı, xüsusi mülklər, nə bilim restoranlar, şadlıq evləri tikənlər üçün konkret cəza tələb edirdi: Həmin şəxslər haqq-ədalət məhkəməsi qarşısında cavab verməli və onlar həbs olunmalı idilər. Həmin obyektlər isə qeyri-qanuni olduğu üçün məhkəmənin qərarı ilə sökülməli, dağıdılmalı, uçurulmalı idi… Belə obyektlərdən biri də LİMAN restoranıdır. Bu restoranın tikilməsi üçün nə qədər ağaclar kəsilib, yaşıllıq məhv edilib. Deməli, Ulu Öndərin buyurduğu kimi bu restoran sökülməli, yerində yaşıllıqlar və əhalinin mədəni istirahəti üçün kompleks salınmalıdır. Bütün bu sadalaqdıqlarımızı, bəlkə də, zamanın, reallığın ayağına yazmaq olardı...Bəlkə də...Amma.. Əmması odur ki, bütün reklamlarda özünü AİLƏVİ RESTORAN kimi qələmə verən "LİMAN" restoranı milli-mənəvi dəyərlərdən tam uzaq, mentalitetə yaraşmayan əməllərlə məşğuldur…. Yəni "LİMAN” restoranı ilə AİLƏ sözü ümumiyyətlə, bir araya gələn məvhum deyildir… Çox detallara varmaq istəmirik. Amma görəsən, hansı kişi öz ailəsini götürüb "LİMAN" restoranına gələr …? Axı, hamı bilir ki, qonşu otaqlarda, kabinetlərdə nələr baş verir..? Yeri gəlmişkən, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "LİMAN"-la bağlı məlumatını yada salaq. Rəsmi dövlət qurumunun məlumatından bəlli olur ki, restoranda heç bir ictimai-iaşə qaydalarına əməl edilmir. Sanitar qovşaqları çirkab içərisində itib-batır. Restoranda mənşəyi bilinməyən, yəni həkim nəzarətindən keçərək, üzərində möhürü olmayan ət məhsullarından istifadə edilir. Qanunla axsam saat 11-ə qədər fəaliyyət göstərməli olan restoran, 24 saat fəaliyyətini davam etdirir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi öz işinin öhdəsindən gələ bilmədiyi üçün və ya gəlmək istəmədiyi üçün neqativ hallar hər addımda baş verir. AQTA-nın müfəttişləri tərəfindən "LİMAN" restoranında yoxlamaların səthi aparılması və ya aparılmaması onu deməyə əsas verir ki, "LİMAN" restoranının rəhbərliyi, AQTA-nın rəhbəri Qoşqar Təhməzli ilə dil tapıb. P.S. Yaxın zamanlarda çəkiliş qrupumuzun "LİMAN" restoranından hazırladığı reportajı ictimaiyyətə təqdim edəcəyik. //gundelik-baku.com//